Çilidə turistləri daşıyan mikroavtobus qəzaya düşüb
Çilidə Rusiya vətəndaşlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “La Tercera” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mikroavtobus Rusiyadan olan turistləri daşıyırmış. Qəza zamanı avtomobil Argentina qeydiyyatlı yük maşını ilə toqquşub.
12:10 22.11.2026
Oxunuş sayı: 84