KİV: Ukraynanın müdafiə sənayesi imkanlarının son həddinə çatıb
Ukraynanın müdafiə sənayesi istehsal və maliyyələşmə baxımından ciddi çətinliklərlə üzləşərək öz imkanlarının son həddinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna Rusiya ilə eyni həcmdə raket istehsal etmək imkanına malik deyil. Bundan əlavə, müdafiə sənayesinə ayrılan maliyyə vəsaitləri 1300-dən çox şirkət arasında bölüşdürülür. Bu isə ən iri müəssisələrin belə maliyyə çatışmazlığı ilə üzləşməsinə səbəb olur.
Qəzet qeyd edir ki, yeni işçilərin cəlb edilməsi çətinləşib, zavodların istehsal gücünün genişləndirilməsi isə təhlükəsizlik baxımından risklidir.
WSJ-nin qiymətləndirməsinə görə, bütün bu amillər Ukraynanın müdafiə sənayesini kritik vəziyyətə gətirib.
13:11 22.11.2026
Oxunuş sayı: 86