Tramp Putin və Si Cinpinlə özünü 1945-ci ilin liderləri ilə müqayisə edib
ABŞ Prezidenti Donald Tramp 1945-ci il Yalta konfransının iştirakçıları ilə özünün, Rusiya Prezidenti Vladimir Putinin və Çin Sədri Si Cinpinin fotosunu yan-yana paylaşaraq onları “Böyük dövlətlər” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Tramp görüntünü “Truth Social” hesabında yayımlayıb.
Qeyd edək ki, üç lider noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirib. Tramp daha əvvəl bu görüşü tarixi Yalta konfransı ilə müqayisə edərək “Yaltadan daha böyük” adlandırmışdı.
10:30 22.11.2026
Oxunuş sayı: 111