ABŞ-də yeni reaktiv zərbə dronu təqdim edilib
ABŞ-də Ukraynadakı müharibənin təcrübəsi nəzərə alınaraq hazırlanan “Bombard” adlı yeni reaktiv zərbə dronu təqdim olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Amerikanın “Vector” şirkəti tərəfindən hazırlanan pilotsuz uçuş aparatı kütləvi istehsal və minimum texniki xidmət üçün nəzərdə tutulub. İstehsalçıların açıqladığı məlumatlara görə, dronun uçuş məsafəsi 1 100 kilometrə, kruiz sürəti saatda 378 kilometrə çatır. Aparat 50 kiloqramadək faydalı yük daşıya bilir.
“Bombard” impuls-reaktiv mühərriklə təchiz olunub. O, GPS siqnalı olmadan da istiqamətini müəyyənləşdirə və avtonom şəkildə tapşırıq yerinə yetirə bilir.
Şirkət nümayəndələri bildiriblər ki, dron müasir döyüş meydanının tələbləri nəzərə alınmaqla, hərbçilərlə sıx əməkdaşlıq şəraitində hazırlanıb.
10:51 22.11.2026
Oxunuş sayı: 96