BYD-nin Ti7 modelinin Avropada istehsalı və satışına qadağa qoyula bilər
Haaqa dairə məhkəməsi BYD Ti7 krossoverinin Land Rover Defender 110 modelinin Avropa İttifaqında qeydiyyata alınmış dizayn hüquqlarını pozduğuna dair ilkin qərar çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Automotive News” məlumat yayıb.
Məhkəmənin qənaətinə görə, BYD Ti7 və Land Rover Defender 110 kuzovun proporsiyaları, yan şüşələrin forması və təkər tağlarının dairəvi küncləri baxımından demək olar ki, eynidir. BYD-nin modellər arasındakı fərqlərlə bağlı arqumentləri isə əhəmiyyətsiz hesab edilib.
Qərara əsasən, qadağa məhkəmə qərarının təqdim edilməsindən bir həftə sonra qüvvəyə minəcək. Məhdudiyyət BYD Ti7 modelinin Avropa İttifaqının 27 ölkəsinə idxalını, istehsalını, satışını və tədarükünü əhatə edir.
Qadağa, həmçinin BYD-nin Macarıstandakı zavodunda bu modelin yığılmasına da şamil olunur.
Qərarın tələblərinin pozulmasına görə 10 milyon avroyadək cərimə nəzərdə tutulur.
15:46 22.11.2026
Oxunuş sayı: 55