Cənubi Koreyanın Çinlə avtomobil ticarətində rekord kəsiri yaranıb
Cənubi Koreyanın Çinlə avtomobil ticarətində kəsiri 2026-cı ilin ilk 10 ayında rekord həddə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Bildirilib ki, yanvar-oktyabr aylarında Cənubi Koreyanın Çinə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalaraq 168,77 milyon dollar təşkil edib.
Eyni zamanda, Çindən avtomobil idxalı 79,2 faiz artaraq 4,39 milyard dollara yüksəlib. Nəticədə iki ölkə arasında avtomobil ticarətində kəsir 4,23 milyard dollar olmaqla rekord səviyyəyə çatıb.
Kəsirin artmasının əsas səbəblərindən biri Çində istehsal olunan “Tesla” elektromobillərinə tələbatın yüksəlməsidir. Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Cənubi Koreyada təxminən 99 min “Tesla” avtomobili satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 105 faiz çoxdur.
Bundan başqa, Çinin “BYD” şirkəti də həmin dövrdə Cənubi Koreyada 20 mindən çox avtomobil satıb. “Polestar” markalı avtomobillər də Çin istehsalı olaraq Cənubi Koreya bazarında yer alıb.
Qeyd edək ki, Cənubi Koreya 2017-ci ildən etibarən hər il Çinlə avtomobil ticarətində kəsirlə üzləşir. 2026-cı ilin ilk yarısında Çin Almaniyanı geridə qoyaraq Cənubi Koreyanın ən böyük avtomobil idxalı mənbəyinə çevrilib.
15:19 22.11.2026
Oxunuş sayı: 97