NATO Polşada raket və pilotsuz uçuş aparatlarının düşməsi ilə bağlı iclas keçirəcək
NATO Şurasının Polşa ərazisinə raket və pilotsuz uçuş aparatlarının düşməsi ilə bağlı növbədənkənar iclası noyabrın 23-də keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, iclas zamanı konkret təkliflər təqdim olunacaq və gələcək fəaliyyət üçün yeni variantlar müəyyənləşdiriləcək.
Nazir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Qeyd edək ki, noyabrın 20-də səhər saatlarında iki raket və bir pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olaraq ölkənin şərqində iki voyevodalıq ərazisinə düşüb. Raketlərin Podkarpatsk və Lyublin voyevodalıqlarında, pilotsuz uçuş aparatının isə Molodiç kəndi yaxınlığında düşdüyü bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Polşanın Baş naziri Donald Tusk insidentlə bağlı NATO-ya məlumat verib. Alyans isə Polşaya həmrəylik nümayiş etdirəcəyini bildirib.
Bundan əvvəl Polşa hökumətinin Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr keçirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
15:30 22.11.2026
Oxunuş sayı: 77