Rusiya ABŞ-nin mövqeyində müsbət məqamlar görür
ABŞ-nin dialoqa açıq olması və mövqeyini aydın ifadə etməsi müsbət haldır, lakin Vaşinqtonun yanaşması beynəlxalq öhdəliklərə həmişə uyğun gəlmir.
Crossmedia.az xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bu barədə Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən sonra “RBK”ya müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, ABŞ tərəfi dialoqdan çəkinmir və öz mövqeyini kifayət qədər aydın şəkildə ifadə edir.
Bununla yanaşı, Reşetnikov Vaşinqtonun bəzi addımlarının əvvəllər əldə edilmiş beynəlxalq razılaşmalara və ABŞ-nin üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmədiyini vurğulayıb.
O, buna nümunə olaraq Ümumdünya Ticarət Təşkilatının apellyasiya orqanının fəaliyyətinin dayandırılmasını göstərib.
Bununla belə, nazir ABŞ-nin mövqeyini ifadə edərkən ikili standartlara yol verməməsini müsbət qiymətləndirib.
16:36 22.11.2026
Oxunuş sayı: 65