Enerqodarda avtomobil dron hücumuna məruz qalıb
Ukraynanın hücumu nəticəsində Zaporojye vilayətinin Enerqodar şəhərində avtomobil yanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Maksim Puxov “Maks” platformasında məlumat yayıb.
Onun sözlərinə görə, bazar günü Moskva vaxtı ilə saat 12:30-da optik liflə idarə olunan dron Sentrlnaya küçəsində hərəkətdə olan avtomobili hədəfə alıb.
Zərbə nəticəsində avtomobil alışıb. Hadisə zamanı xəsarət alan olmayıb.
17:26 22.11.2026
Oxunuş sayı: 51