Azər Məmmədov: Heç-heçə ədalətli nəticə idi
"Kəpəz" – "Qarabağ" matçında qeydə alınan heç-heçə ədalətli nəticə olub.
Crossmedia.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının XII turunda "Qarabağ"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib:
"Bu gün çox güclü komandaya qarşı oynadıq. "Qarabağ" Azərbaycan futboluna böyük töhfələr verib. İlk hissədə real qol fürsətlərimiz oldu. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, "Qarabağ"a qalib gələ bilərdik. Görüşün ədalətli nəticəsi heç-heçə idi. Komandamız ən yaxşı oyunlarından birini göstərdi".
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb.(Report)
19:43 22.11.2026
Oxunuş sayı: 41