Finlandiya körfəzində Rusiya gəmisinə hücumun məqsədi açıqlanıb
Finlandiya körfəzində Rusiyaya məxsus quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə edilən hücum Moskva ilə Avropa İttifaqı arasında münasibətləri gərginləşdirmək məqsədi daşıya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.
Nəşrin məlumatına görə, hücumun Finlandiya yaxınlığında baş verməsi diqqət çəkir. Belə ki, Finlandiya Prezidenti Aleksandr Stubb son dövrlərdə Avropada Moskva ilə birbaşa danışıqların tərəfdarlarından biri kimi çıxış edir. O, insidenti ciddi hadisə adlandırıb.
Jurnalistlərin ehtimalına görə, hücumun məqsədi Rusiya ilə Avropa arasında formalaşmaqda olan danışıqlar prosesini pozmaq ola bilər.
Finlandiya prezidenti hadisə ilə bağlı ölkənin Müdafiə Qüvvələri və Sərhəd Mühafizəsi nümayəndələri ilə məsləhətləşmələr apardığını, həmçinin tərəfdaş dövlətləri məlumatlandırdığını bildirib.
Qeyd edək ki, noyabrın 21-də Rusiya sərhədindən təxminən 5,5 kilometr məsafədə yük gəmisinə iki pilotsuz uçuş aparatı ilə hücum edilib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, Kalininqrada doğru hərəkət edən gəmi hücuma məruz qalıb.
Sonradan qubernator gəmi heyətinin təxliyəsinə ehtiyac olmadığını açıqlayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Baltik regionunda Qərb ölkələrini “qərəzli” siyasət yürütməkdə ittiham etmişdi.
20:06 22.11.2026
Oxunuş sayı: 26