Si Cinpin Trampa əvvəlkindən daha çox ehtiyac duyur – "Financial Times"
Çin lideri Si Cinpin Donald Trampın prezidentlik müddətinin qalan illərindən istifadə edərək ABŞ-dan strateji güzəştlər əldə etməyə və Pekinin beynəlxalq mövqelərini gücləndirməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Si Cinpinin əsas hədəfi Tayvandır. Pekin Vaşinqtonun adaya hərbi dəstəyini azaltmasını, xüsusilə 14 milyard dollar dəyərində ABŞ silahlarının tədarükünün ləngidilməsini istəyir.
Bununla yanaşı, ABŞ Çin şirkətlərinin qabaqcıl texnologiyalara və çiplərə çıxışını məhdudlaşdırmaq üçün yeni tədbirlər hazırlayır. Pekin buna cavab olaraq strateji əhəmiyyətli mineralların ixracına məhdudiyyətlər tətbiq edə bilər. Lakin Çin rəhbərliyi yeni ticarət müharibəsinin başlamasından ehtiyat edir.
Beləliklə, Si Cinpin dilemma qarşısındadır: ABŞ-yə təzyiq göstərmək, yoxsa daha mühüm strateji güzəştlər əldə etmək üçün Donald Trampla münasibətləri qorumaq.
“Financial Times” qeyd edir ki, Pekin Ağ Evdə Trampın olduğu hazırkı dövrü fürsət pəncərəsi kimi qiymətləndirir. Çünki 2028-ci ildən sonra ABŞ-nin Çinə münasibətdə siyasətinin daha sərt xarakter alacağı ehtimal olunur.
Nəşrin qənaətinə görə, Çin rəhbərliyi qarşıdakı illərdə Vaşinqtonla münasibətlərdən maksimum siyasi və iqtisadi dividendlər əldə etməyə çalışacaq.
23:22 22.11.2026
Oxunuş sayı: 39