Le Pen Zelenski ilə görüşdən niyə imtina etdiyini açıqlayıb
Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “France 2” telekanalının efirində danışıb.
Le Pen bildirib ki, 2027-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası dövründə ümumiyyətlə xarici ölkələrə səfər etməyi nəzərdə tutmur.
Siyasətçinin sözlərinə görə, 2017-ci ildəki prezident seçkiləri kampaniyası zamanı çoxsaylı xarici səfərlər edib və həmin təcrübədən sonra növbəti kampaniyada belə addımlar atmamaq qərarına gəlib.
“Düşünürəm ki, heç bir xarici səfər etməyəcəyəm. Bu, şüurlu şəkildə qəbul etdiyim qərardır”, – deyə Le Pen bildirib.
Qeyd edək ki, Marin Le Pen daha əvvəl prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya maddi və humanitar yardımı davam etdirəcəyini açıqlayıb.
O, Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko ilə görüşdən sonra ölkəsinin əlavə maliyyə yardımı üçün sərbəst büdcə imkanlarının olmadığını, lakin Avropa İttifaqının 90 milyard avroluq birgə krediti də daxil olmaqla, əvvəl götürdüyü öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.
20:30 22.11.2026
Oxunuş sayı: 35