“Qərb Ukraynanın qalib gəlməsini istəmir” – Anduril qurucusu
"Qərb ölkələri əslində Ukraynanın müharibədə qalib gəlməsini istəmir, onların əsas məqsədi ölkənin mümkün qədər uzun müddət məğlub olmamasını təmin etməkdir".
Crossmedia.az xəbər verir ki, bunu müdafiə texnologiyaları şirkəti “Anduril Industries”in qurucusu Palmer Laki bildirib.
O, fikirlərinə nümunə olaraq Vaşinqtonun Ukraynaya peyk rabitəsi sahəsində dəstək mövqeyini göstərib.
Palmer Lakinin sözlərinə görə, ABŞ Ukraynaya Pentaqonun istifadəsində olan və “SpaceX” şirkətinin dəstəyi ilə fəaliyyət göstərən “Starshield” hərbi peyk şəbəkəsinə çıxış imkanı verə bilərdi.
Lakin onun iddiasına görə, ABŞ hökuməti Rusiyanın bu peyk qruplaşmasını məhv edə biləcəyindən ehtiyat edir. Belə bir ssenaridə ABŞ ordusu da həmin rabitə imkanlarından məhrum qala bilər.
Şirkət rəhbəri hesab edir ki, Vaşinqtonun bu narahatlığı Ukraynaya daha geniş hərbi-texnoloji dəstək göstərilməsinə mane olan amillərdən biridir.
22:09 22.11.2026
Oxunuş sayı: 39