Kürdəmirdə avtomobil aşdı – 4 nəfər xəsarət aldı
Kürdəmirdə yol qəzası olub.
Crossmedia.az xəbər verir ki, rayonunun Şilyan kəndi ərazisində Göyçay şəhər sakini, 2006-cı il təvəllüdlü Rəsul İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobili idarəetməni itirərək aşırıb.
Nəticədə sürücü və sərnişinləri- Göyçay şəhər sakinləri, 1993-cü il təvəllüdlü N.Məmmədov, 2002-ci il təvəllüdlü İ.Məmmədova və 2025-ci il təvəllüdlü L.Məmmədova xəsarət alıblar.
Fakt araşdırılır.(APA)
15:24 23.11.2026
Oxunuş sayı: 49