Bakıda tikinti zamanı ağaclar məhv edilib, 3 360 manat ziyan vurulub
Bakının Xətai rayonunda obyekt tikintisi zamanı 1 şam tingi və 6 nar kolu məhv edilib, təbiətə 3 360 manat məbləğində ziyan vurulub.
Crossmedia.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, Məzahir Rüstəmov küçəsi, 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı ərazidə obyekt tikintisi aparılarkən yaşıllıqların məhv edildiyi müəyyən olunub.
Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib edilib və onun cərimələnməsi istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib. Ağaclara identifikasiya etiketləri vurularaq məlumatları “agac.az” portalında yerləşdirilib.
17:35 23.11.2026
Oxunuş sayı: 38