Zelenski: Rusiya sülh təkliflərimizə cavab vermir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi əməliyyatların intensivliyini azaltmaq üçün Rusiyaya dəfələrlə təkliflər irəli sürdüyünü, lakin Moskvadan sülh istiqamətində müsbət cavab almadığını bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz Rusiyaya döyüşlərin intensivliyini azaltmaq üçün onlarla dəfə addımlar təklif etmişik. Vəziyyəti gərginləşdirən tərəf heç vaxt biz olmamışıq”, – deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, bütün bu təşəbbüslərə baxmayaraq, Rusiya sülh istiqamətində müsbət cavab vermir.
“Təəssüf ki, Rusiya hələ də bizə sülhə yönəlmiş heç bir cavab vermir”, – deyə o bildirib.
Zelenski Ukraynanın müstəqilliyini qorumaq əzmində olduğunu da qeyd edib.
“Buna baxmayaraq, əminik ki, bu müharibədə müstəqilliyimizi qoruyacaq və Avropa həyat tərzini müdafiə edəcəyik”, – deyə Prezident əlavə edib.
17:32 23.11.2026
Oxunuş sayı: 35