Zelenski: Rusiya ilə dostluq mümkün ola bilər, amma bir şərtlə
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə gələcəkdə dost münasibətlərin qurulmasının mümkünlüyünü istisna etməyib. Bununla belə, o, bunun üçün Moskvanın müəyyən addımlar atmalı və törətdiklərinə görə məsuliyyət daşımalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiya müəyyən şərtləri yerinə yetirməyə hazır olarsa, iki ölkə arasında gələcəkdə dostluq münasibətləri mümkün ola bilər.
O vurğulayıb ki, əsas məsələlərdən biri Rusiyanın törətdiklərinə görə məsuliyyət daşımasıdır.
“Sadəcə onları bağışlayıb, ‘Bəli, siz pis bir iş görmüsünüz’ demək olmaz. Söhbət adi bir yanlış hərəkətdən getmir”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, bu məsələnin onun mənsub olduğu nəsil tərəfindən tam həll ediləcəyinə əmin deyil.
21:15 23.11.2026
Oxunuş sayı: 36