İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran parlamenti ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsini təcili qaydada qəbul etməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi belə bir qərara gələrsə, parlament müvafiq qanunvericilik təşəbbüslərini qısa müddətdə qəbul edə bilər.
Əzizi qeyd edib ki, İranın NPT-dən çıxmasını nəzərdə tutan qanun layihələri deputatlar tərəfindən hazırlanıb və parlamentin qanunvericilik sistemində qeydiyyata alınıb.
Komitə sədri parlament üzvlərinin bu qərarın qəbul edilməsi üçün lazımi siyasi iradəyə malik olduğunu da vurğulayıb.
O bildirib ki, ölkənin müqavilədən çıxması dövlət səviyyəsində qəbul edilməli olan qərardır. Parlament isə belə bir addım atılacağı təqdirdə məsul şəxslər üçün hüquqi əsas yaratmağa hazırdır.
20:52 23.11.2026
Oxunuş sayı: 33