Sumqayıtda qəza: piyada ölüb
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, avtomobil piyada - 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub.
X. Şirinov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(Report)
00:14 24.11.2026
Oxunuş sayı: 33