Rusiya ABŞ bazarına yüz minlərlə ton dizel yanacağı göndərəcək
Tramp Putinlə telefon danışığı apardığını və Rusiyanın ABŞ və dünya bazarına əlavə dizel yanacağı tədarük edəcəyinə dair razılıq əldə olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı göndərəcək. O bildirib ki, noyabrda daha 500 min ton, bundan sonra isə əlavə bir milyon ton yanacağın tədarükü nəzərdə tutulur.
ABŞ prezidenti razılaşmanın həm amerikalılar, həm də dünya üzrə istehlakçılar üçün dizel yanacağının qiymətlərinin aşağı düşməsinə kömək edəcəyini iddia edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağını bildirmişdi.
23:04 09.10.2026
Oxunuş sayı: 51