ABŞ-də süni intellekt xəstələri qiymətləndirib resept hazırlayacaq
ABŞ-nin Yuta ştatında süni intellektin xəstələrin vəziyyətini qiymətləndirərək ilkin resept tərtib etməsinə imkan verən pilot proqram başladılıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, bir il davam edəcək proqram yalnız 18 yaşdan yuxarı, yüngül və orta dərəcəli sızanaq problemi olan şəxsləri əhatə edəcək.
Proqram çərçivəsində Yuta Ticarət Departamentinin nəzdində fəaliyyət göstərən Süni İntellekt Siyasəti Ofisinin təsdiqlədiyi sistemdən istifadə olunacaq. “Nolla Health” şirkətinin hazırladığı “Nolla Derm” tətbiqi müəyyən xəstələrdə həkim müayinəsi olmadan sızanaqların vəziyyətini qiymətləndirə və ilkin resept tərtib edə biləcək.
Süni intellekt sistemi yalnız əvvəlcədən müəyyənləşdirilmiş dəri dərmanları üçün resept hazırlaya biləcək. Pilot proqramın ilkin mərhələsində isə hər bir resept iki lisenziyalı həkim tərəfindən yoxlanılacaq.
Proqramın nəticələrinin süni intellektin tibbi xidmətlərdə istifadəsi və reseptlərin hazırlanmasında rolunun qiymətləndirilməsinə imkan verəcəyi gözlənilir.
19:20 09.10.2026
Oxunuş sayı: 60