“ARB 24” telekanalının 8 yaşı tamam oldu
Bu gün “ARB 24” telekanalının ümumölkə yayımına başlamasının 8 ili tamam olur.
Crossmedia.az xəbər verir ki, 2018-ci il noyabrın 27-də Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayan “ARB 24” ötən müddətdə informasiya məkanında öz auditoriyasını formalaşdırıb.
Telekanal ölkədə və dünyada iqtisadiyyat, maliyyə və biznes sahəsində baş verən yenilikləri mütəmadi olaraq tamaşaçılarına çatdırır.
24 saat fasiləsiz yayımlanan kanal xəbər buraxılışları, analitik proqramlar və maarifləndirici verilişlərlə fəaliyyətini davam etdirir.
Crossmedia.az İnformasiya Agentliyinin kollektivi "ARB 24"də çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
12:35 27.11.2026
Oxunuş sayı: 31