Rusiyaya kütləvi dron hücumu – 318 PUA vurulub
Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 318 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyini məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, pilotsuz uçuş aparatları hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hücumların nəticələri, mümkün dağıntılar və xəsarət alanlarla bağlı təqdim olunan məlumatda əlavə təfərrüat açıqlanmayıb.
09:54 27.11.2026
Oxunuş sayı: 44