Azərbaycanda zəlzələ olub
Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 20:24-də qeydə alınıb, dərinliyi 18 km-dir.
Zəlzələ hiss olunub.
21:07 26.11.2026
Oxunuş sayı: 55