Putin: Süni intellektsiz yaşamaq tezliklə mümkünsüz olacaq
Süni intellekt texnologiyalarından istifadə yaxın gələcəkdə həyatın ayrılmaz hissəsinə çevriləcək və onlarsız yaşamaq çətinləşəcək.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə “AI Journey” konfransında çıxışı zamanı bildirib. Məlumatı “TASS” yayıb.
Putin qeyd edib ki, dünya getdikcə mürəkkəbləşir və süni intellekt texnologiyaları daha effektiv olur.
“Dünya mürəkkəbləşir, süni intellekt texnologiyaları getdikcə daha effektiv olur. Tezliklə onlarsız yaşamaq mümkünsüz olacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.
19:47 26.11.2026
Oxunuş sayı: 31