Tokayev: Putinin 2020-ci ildə verdiyi proqnoz gerçəkləşib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin süni intellekt və rəqəmsallaşmanın inkişafı ilə bağlı 2020-ci ildə verdiyi proqnozun gerçəkləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Tokayev Putinlə söhbəti zamanı COVID-19 pandemiyası dövründə, 2020-ci ildə onlayn formatda keçirilən ilk forumu xatırladıb.
Onun sözlərinə görə, Putin həmin tədbirdə süni intellekt və rəqəmsallaşmanın yaxın üç-dörd il ərzində əsas gündəm mövzularından birinə çevriləcəyini bildirmişdi.
“Xatırlayıram ki, 2020-ci ildə, COVID pandemiyası zamanı ilk forumu onlayn keçirmişdik. Siz o vaxt çox təsirli çıxış edərək üç-dörd ildən sonra süni intellekt və rəqəmsallaşmanın ön plana çıxacağını demişdiniz. Məhz belə də oldu”, – deyə Tokayev vurğulayıb.
Qazaxıstan Prezidenti bununla Putinin texnologiyaların inkişaf istiqaməti ilə bağlı proqnozunun özünü doğrultduğunu qeyd edib.
17:01 26.11.2026
Oxunuş sayı: 73