Putin: Rusiya və Bruneyin mövqeləri üst-üstə düşür
Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Bruneyin beynəlxalq və regional məsələlərin əksəriyyətində oxşar mövqelərə malik olduğunu və xarici siyasətdə fəaliyyətlərini əlaqələndirməyə çalışdıqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Putin noyabrın 25-də Moskvada Bruney sultanı Həsənəl Bolkiahla keçirdiyi danışıqlardan sonra mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, görüş iki ölkənin qlobal və regional gündəlikdəki aktual məsələlərin əksəriyyətinə oxşar və ya eyni yanaşma nümayiş etdirdiyini göstərib.
“Rusiya və Bruney beynəlxalq arenada mövqelərini əlaqələndirməyə çalışırlar. Danışıqlar göstərdi ki, ölkələrimiz qlobal və regional gündəlikdəki ən aktual məsələlərin əksəriyyətinə oxşar və ya eyni yanaşmalara malikdir”, – deyə Putin bildirib.
Rusiya Prezidenti hər iki ölkənin beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi və daxili işlərə müdaxilə edilməməsi prinsiplərini dəstəklədiyini vurğulayıb.
Putin həmçinin Rusiya və Bruneyin Asiya-Sakit okean regionunda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında ortaq maraqlara malik olduğunu qeyd edib.
16:43 26.11.2026
Oxunuş sayı: 47