Pentaqon “Nvidia”ya təzyiq göstərməyi planlaşdırıb
ABŞ-nin müdafiə naziri Pit Heqset və Pentaqonun yüksəkvəzifəli rəsmiləri Censen Huanın (Jensen Huang) “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qaytarılması üçün şirkət rəhbərliyinə təzyiq göstərmək məqsədilə xüsusi qanunun tətbiqini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, müzakirələrdə 1950-ci ildə qəbul edilmiş Müdafiə İstehsalı haqqında Qanunun (Defense Production Act) tətbiqi nəzərdən keçirilib.
Soyuq müharibə dövründə qəbul edilən qanun ABŞ prezidentinə milli təhlükəsizlik məqsədilə iqtisadiyyata və özəl şirkətlərin istehsal fəaliyyətinə müdaxilə etmək üçün geniş səlahiyyətlər verir.
Pentaqon rəsmiləri bu qanundan istifadə etməklə “Nvidia”nı hərbi sifarişlərə üstünlük verməyə məcbur etmək imkanını da müzakirə ediblər. Belə bir addım şirkətin gəlirliliyinə mənfi təsir göstərə bilərdi.
Qeyd olunur ki, sözügedən qanun indiyədək hər hansı şirkətə baş direktor təyin etmək və ya əvvəlki rəhbəri vəzifəsinə qaytarmaq məqsədilə tətbiq edilməyib.
Müzakirələrdə müdafiə nazirinin müavini Stiv Faynberq də iştirak edib.
Xatırladaq ki, “Nvidia” noyabrın 23-də Censen Huanın yenidən şirkətin prezidenti və baş direktoru vəzifəsinə təyin edildiyini açıqlayıb.
14:00 26.11.2026
Oxunuş sayı: 50