Tramp: Ayovadakı partlayış havanı çirkləndirməyib
ABŞ Prezidenti Donald Tramp Ayova ştatında həyata keçirilən nəzarətli partlayış nəticəsində atmosferə kanserogen maddələrin yayılmadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Tramp bildirib ki, keçmiş prezident Barak Obamanın administrasiyasını məsuliyyətli hesab etdiyi təhlükəli maddələrin zərərsizləşdirilməsi əməliyyatı uğurla başa çatıb.
Onun sözlərinə görə, partlayışdan sonra Ayova ştatının atmosferinə kanserogen maddələrin yayılması 0,000 faiz təşkil edib.
ABŞ Prezidenti əməliyyatın uğurla həyata keçirilməsində iştirak edən hər kəsin böyük əmək sərf etdiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 25-də Ayova ştatındakı hərbi sursat zavodunda saxlanılan qurğuşun azidin zərərsizləşdirilməsi məqsədilə nəzarətli partlayış həyata keçirilib. Ağ Evin məlumatına görə, ilkin monitorinq zamanı havada qurğuşun aşkarlanmayıb.
12:58 26.11.2026
Oxunuş sayı: 47