SEPAH: İran ABŞ-dən daha güclü raket potensialına malikdir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raket istehsalının dayandırılmadığını və ölkənin raket sistemləri, hücum silahları və hava hücumundan müdafiə vasitələri baxımından ABŞ-dən daha üstün mövqedə olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyi bu barədə məlumat yayıb.
SEPAH rəsmisi bildirib ki, İranın raket istehsalı fasiləsiz davam edir və ölkənin hərbi imkanları gücləndirilir.
Onun sözlərinə görə, ABŞ strateji silah çatışmazlığı ilə üzləşsə də, İranın raket ehtiyatlarında belə problem yaranmayıb və gələcəkdə də yaranmayacaq.
Hüseyn Möhibi İranın raketlərinin imkanlarının, hədəfi vurma dəqiqliyinin və dağıdıcı gücünün gündən-günə artırıldığını vurğulayıb.
12:35 26.11.2026
Oxunuş sayı: 48