Azərbaycan və Litvanın XİN başçıları "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Kestutis Budris Bakıda keçirilən “Sabah” – “Barselona” matçını birlikdə izləyiblər.
Crossmedia.az xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Nazir paylaşımında Ceyhun Bayramovla birlikdə futbol diplomatiyasında iştirak etdiyini bildirib.
Kestutis Budris “Sabah” klubunun litvalı baş məşqçisi Valdas Dambrauskasla fəxr etdiyini də vurğulayıb.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turuna təsadüf edib.
12:25 26.11.2026
Oxunuş sayı: 46