“Nvidia”nın keçmiş rəhbərinin Çinlə bağlı qalmaqalda adı hallanır
ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın keçmiş satış rəhbəri Cey Puri (Jay Puri) Çinə çip qaçaqmalçılığı ilə bağlı araşdırmada adı keçən “Super Micro Computer” şirkətinin keçmiş rəhbər şəxslərindən biri Senli Çen (Cenly Chen) ilə ailə qurub.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Məlumata görə, Cey Puri və Senli Çen şirkətləri arasında işgüzar əməkdaşlığın davam etdiyi dövrdə bir neçə il romantik münasibətdə olublar. Onlar 2026-cı ilin martında evləniblər.
Toydan iki həftə keçməmiş ABŞ prokurorluğu dəyəri 500 milyon dollardan çox olan və “Nvidia” çipləri ilə təchiz edilmiş serverlərin Çinə qanunsuz daşınmasında şübhəli bilinən üç nəfərə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb.
İstintaq çərçivəsində “Super Micro Computer” şirkətinin əməkdaşlarının bu əməliyyatlarda mümkün iştirakı araşdırılır.
Cinayət işi üzrə ittiham olunmayan Senli Çen şəxsi münasibətlərindən peşəkar üstünlük əldə etmək məqsədilə istifadə etmədiyini bildirib.
12:47 26.11.2026
Oxunuş sayı: 30