Tramp: ABŞ heç vaxt bu qədər hörmət qazanmayıb
ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi, iqtisadi və təhlükəsizlik sahələrində mühüm uğurlar qazandığını iddia edərək, bu nailiyyətlərin mediada kifayət qədər işıqlandırılmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tramp “The New York Times” qəzetinin jurnalisti Devid Senceri (David E. Sanger) tənqid edərək onun prezident haqqında son məqaləsində administrasiyanın uğurlarına yer vermədiyini bildirib.
ABŞ Prezidenti sərhədlərin qanunsuz keçidlərə qarşı bağlanmasını, cinayət göstəricilərinin son illərin ən aşağı səviyyəsinə düşməsini və 1900-cü ildən bəri ən aşağı qətl səviyyəsinin qeydə alınmasını öz administrasiyasının nailiyyətləri kimi təqdim edib.
O, həmçinin ABŞ tarixində ən böyük vergi və tənzimləmə güzəştlərinin həyata keçirildiyini, ən uğurlu dəniz blokadasının tətbiq olunduğunu, İranın hərbi dəniz və hava qüvvələrinin məhv edildiyini iddia edib.
Tramp Venesuela üzərində bir gün ərzində qələbə qazanıldığını və Ayova ştatında keçmiş prezident Barak Obamanın dövründən qalan problemlərin aradan qaldırılması istiqamətində uğur əldə olunduğunu da bildirib.
ABŞ Prezidenti seçkilərə qədər ölkənin fond bazarının tarixinin ən yüksək göstəricilərinə çatdığını, 82 gün ərzində mühüm nəticələr əldə edildiyini və səkkiz müharibənin həllinə nail olunduğunu vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ hazırda beynəlxalq arenada heç vaxt olmadığı qədər böyük hörmət qazanıb.
Qeyd edək ki, Trampın hərbi əməliyyatlar, cinayət statistikası və müharibələrin həlli ilə bağlı səsləndirdiyi fikirlər onun şəxsi iddialarıdır.
12:54 26.11.2026
Oxunuş sayı: 43