Tramp CNN-i sərt tənqid edib
ABŞ Prezidenti Donald Tramp “CNN” telekanalını Ayova ştatında keçirilən nəzarətli partlayışla bağlı yanlış məlumatlar yaymaqda və əməliyyatın uğursuz nəticələnməsini arzulamaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tramp bildirib ki, “CNN” telekanalının partlayışdan əvvəl yayımladığı materiallar qeyri-dəqiq və qəbuledilməz olub.
ABŞ Prezidenti əməliyyatın uğurla başa çatdığını vurğulayaraq, telekanalın buna mənfi reaksiya verdiyini iddia edib.
“Onlar ölkəmizin məğlub olmasını istəyirlər. Bu, Tramp üçün növbəti qələbədir!”, – deyə o bildirib.
Qeyd edək ki, noyabrın 25-də ABŞ ordusu Ayova ştatındakı hərbi sursat zavodunda təxminən beş ton qeyri-sabit qurğuşun azidi nəzarətli partlayış yolu ilə zərərsizləşdirib.
İlkin monitorinq nəticələrinə əsasən, ərazinin havasında qurğuşun aşkarlanmayıb. Bununla belə, aidiyyəti qurumların hava, torpaq və suyun keyfiyyətinə nəzarəti davam etdirməsi nəzərdə tutulub.
13:09 26.11.2026
Oxunuş sayı: 39