Avropa İttifaqı genişlənməni sürətləndirmək istəyir
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) genişlənməsinin strateji zərurət olduğunu və yeni ölkələrin üzvlüyü istiqamətində yaranmış imkanlardan istifadə edilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə rəsmi məlumat yayıb.
Fon der Lyayen noyabrın 25-də Aİ–Qərbi Balkanlar Sammitindən sonra keçirilən mətbuat açıqlamasında genişlənmə prosesində real irəliləyiş əldə olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, Avropa nə qədər güclü və birlik içində olarsa, qarşıya çıxan çağırışların öhdəsindən bir o qədər effektiv gələ bilər.
“Əminəm ki, genişlənmə Avropa üçün strateji zərurətdir. Hazırda bu istiqamətdə real irəliləyiş üçün əlverişli şərait yaranıb. Biz bu fürsətdən istifadə edərək onu üzvlük yolunda konkret nəticələrə çevirməliyik”, – deyə o bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, genişlənmə prosesində irəliləyiş həm Aİ-nin, həm də üzvlüyə namizəd ölkələrin qarşılıqlı öhdəliklərini yerinə yetirməsindən asılıdır.
O, Monteneqronun üzvlük danışıqlarını yekunlaşdırmağa yaxınlaşdığını, Albaniyanın isə bu istiqamətdə sürətlə irəlilədiyini diqqətə çatdırıb.
Fon der Lyayenin sözlərinə görə, 2026-cı ildə üzvlük danışıqları çərçivəsində 100-dən çox fəslin açılması və ya bağlanması istiqamətində işlər aparılır.
13:49 26.11.2026
Oxunuş sayı: 38