Ukrayna İtaliyadan 20-yə qədər qırıcı istəyir
Ukrayna hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə İtaliyadan 10–20 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi almaq istəyir.
Crossmedia.az xəbər verir ki, İtaliyanın “La Repubblica” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, Roma və Kiyev arasında birinci nəsil “Eurofighter Typhoon” qırıcılarının mümkün təhvil verilməsi ilə bağlı danışıqlar aparılır.
Hazırda İtaliya Hərbi Hava Qüvvələrinin arsenalında “Tranche 1” versiyalı 26 qırıcı təyyarə var. Roma həmin təyyarələri 24 yeni “Eurofighter” qırıcısı ilə əvəz etməyi planlaşdırır.
Ukrayna köhnə qırıcıların əldə edilməsi hesabına hava məkanının müdafiəsini gücləndirməyi hədəfləyir.
Bununla belə, təyyarələrin Ukraynaya verilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Mümkün tədarükün vaxtı və dəqiq sayı da hələ müəyyənləşdirilməyib.
14:14 26.11.2026
Oxunuş sayı: 34