İsrail naziri: Fələstin heç vaxt mövcud olmayacaq
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Fələstinin mövcudluğunu inkar edərək gələcəkdə də Fələstin dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib.
Crossmedia.az bu barədə "Clash Report"a istinadən xəbər verir.
“Fələstin yoxdur. Fələstin heç vaxt olmayıb və heç vaxt da olmayacaq. Fələstin yalnız sizin təsəvvürünüzdə mövcuddur”, – deyə nazir bildirib.
Ben-Qvir vurğulayıb ki, həmin ərazidə İsrail dövləti mövcuddur və ölkənin öz qanunları var.
“İsrail dövləti var, onun qanunları var və biz artıq həmin qanunların icrasına başlamışıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ben-Qvir daha əvvəl də Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb və İsrailin işğal altındakı İordan çayının qərb sahili üzərində nəzarətinin genişləndirilməsini müdafiə edib.
14:31 26.11.2026
Oxunuş sayı: 37