Fransa və Almaniya Le Penə qarşı büdcə planı hazırlayır
Fransa və Almaniya Marin Le Penin 2027-ci ildə keçiriləcək prezident seçkilərində mümkün qələbəsini nəzərə alaraq Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsini qorumaq üçün tədbirlər hazırlayır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, Paris və Berlin Le Penin hakimiyyətə gələcəyi təqdirdə Aİ-nin maliyyələşdirilməsi ilə bağlı razılaşmaların pozulmasının qarşısını almağa çalışır.
Söhbət 2028–2034-cü illəri əhatə edən və təxminən 1,6 trilyon avro həcmində nəzərdə tutulan büdcədən gedir.
Fransa kənd təsərrüfatına ayrılan vəsaitin artırılmasına çalışır. Almaniya isə Ukraynaya gələcək maliyyə yardımının Aİ büdcəsi çərçivəsində hüquqi təminat altına alınmasını istəyir.
Berlində hesab edirlər ki, belə mexanizm gələcəkdə Fransa və ya digər üzv dövlətlərin Ukraynaya maliyyə dəstəyini əngəlləməsi riskini azalda bilər.
Marin Le Pen isə Aİ-nin növbəti büdcəsinə dair razılaşmanın Fransa prezident seçkilərindən əvvəl əldə edilməsinə qarşı çıxır.
Qeyd edək ki, Aİ-nin uzunmüddətli büdcəsinin təsdiqlənməsi üzv dövlətlərin yekdil razılığını tələb edir.
16:10 26.11.2026
Oxunuş sayı: 35