Serbiyanın keçmiş prezidenti aclıq aksiyasına başlaya bilər
Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç hakimiyyətə yaxınlığı ilə tanınan “Informer TV” telekanalının sahibi Draqan Y. Vuçiçeviçin saxlanılmasından sonra aclıq aksiyasına başlaya biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Serbiyanın “N1” telekanalı bu barədə məlumat yayıb.
Vuçiç “Informer TV”yə müsahibəsində aclıq aksiyasına başlamasının yalnız zaman məsələsi olduğunu deyib.
“Artıq aclıq aksiyasına başlayacağım vaxtın gəlməsi an məsələsidir. Buna başladıqdan sonra geri dönüş olmayacaq”, – deyə sabiq prezident bildirib.
O, aclıq aksiyasına başlayacağı təqdirdə tibbi yardımdan imtina edəcəyini və həkimlərin müdaxiləsini yazılı şəkildə qadağan edəcəyini də açıqlayıb.
Vuçiç telekanal rəhbərinin saxlanılmasını siyasi təqib kimi qiymətləndirərək onun jurnalist fəaliyyətinə görə hədəfə alındığını iddia edib.
Məlumata görə, Draqan Vuçiçeviç noyabrın 25-də Belqrad prokurorluğunun qərarı ilə saxlanılıb. O, uzun müddət ərzində cəmiyyətdə təşviş və iğtişaş yaratmaqda, həmçinin ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinir.
Prokurorluğun qərarına əsasən, Vuçiçeviç barəsində 48 saatlıq saxlanılma tədbiri tətbiq edilib.
16:49 26.11.2026
Oxunuş sayı: 40