Məhkəmə Trampın vətəndaşlıqla bağlı qərarını dayandırıb
ABŞ-də federal məhkəmə Prezident Donald Trampın ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsini məhdudlaşdırmağa yönəlmiş yeni fərmanının icrasını dayandırıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 25-də Vaşinqtonda federal hakim Kristofer Kuper Tramp administrasiyasının doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmaq cəhdinə qarşı qərar qəbul edib.
Hakim bildirib ki, ABŞ Konstitusiyasına 14-cü düzəliş ölkə ərazisində doğulan və ABŞ qanunlarına tabe olan uşaqların vətəndaşlıq hüququnu təmin edir.
Məhkəmənin mövqeyinə görə, prezident fərman vasitəsilə bu hüquqa yeni istisnalar müəyyən edə bilməz.
Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl də doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmağa çalışıb. Lakin ABŞ Ali Məhkəməsinin əvvəlki qərarından sonra prezident yeni fərman imzalayıb.
Yeni məhdudiyyətlər xüsusilə ABŞ-yə uşaq dünyaya gətirmək məqsədilə səfər edən əcnəbiləri və ölkədə müvəqqəti yaşayan şəxslərin övladlarını əhatə etməyi nəzərdə tuturdu.
Beləliklə, federal məhkəmə Trampın yeni fərmanının icrasını dayandıran ikinci məhkəmə instansiyası olub.
18:03 26.11.2026
Oxunuş sayı: 33