Fransa və Almaniya arasında silah mübahisəsi yaranıb
Fransa və Almaniya arasında Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsində müdafiə sənayesinə ayrılacaq vəsaitlərin istifadəsi ilə bağlı fikir ayrılığı yaranıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, Fransa Aİ-nin müdafiə sahəsinə ayıracağı on milyardlarla avronun yalnız Avropada istehsal olunan silah və hərbi texnikanın alınmasına yönəldilməsini tələb edir.
Almaniya isə bu təklifə qarşı çıxan ölkələr qrupuna rəhbərlik edir. Berlin müdafiə satınalmalarında Avropadan kənarda yerləşən müttəfiq ölkələrin şirkətləri ilə əməkdaşlıq imkanlarının da qorunmasını istəyir.
Mübahisə Aİ-nin 2028–2034-cü illəri əhatə edəcək büdcəsi çərçivəsində nəzərdə tutulan müdafiə maliyyələşdirilməsi ilə bağlıdır.
Fransa hesab edir ki, Avropa vəsaitləri ilk növbədə qitənin müdafiə sənayesinin inkişafına və xarici silah istehsalçılarından asılılığın azaldılmasına xidmət etməlidir.
Almaniya isə Norveç, Kanada və Böyük Britaniya kimi NATO müttəfiqlərinin müdafiə şirkətlərinin də Avropa layihələrində iştirakını dəstəkləyir.
Qeyd edək ki, Aİ liderləri noyabrın 26-da Brüsseldə keçirilən sammitdə növbəti yeddiillik büdcəni müzakirə edirlər. Tərəflər dekabr ayına qədər əsas fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar
19:00 26.11.2026
Oxunuş sayı: 36