Tramp Putini hərbi əməliyyatları dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Çində keçirdiyi görüşdə Ukraynada müharibənin tezliklə başa çatdırılması və Rusiyanın Avropa ərazilərinə qarşı hərbi təcavüzünün dayandırılması məsələlərini müzakirə etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Trampın sözlərinə görə, Putinlə danışıqları zamanı Rusiyanın Avropa ərazilərinə qarşı bütün hərbi təcavüzünü dayandırmasını istədiyini vurğulayıb.
“Çində Rusiya Prezidenti Vladimir Putinlə söhbətlərim zamanı ondan Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzü dayandırmasını istədiyimi bildirməyə xeyli vaxt ayırdım. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında tezliklə razılaşma əldə olunacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp tərəflər arasında sülh razılaşmasının əldə olunmasının real imkan olduğunu bildirib.
“Hər ay minlərlə insan həlak olur. Əsl qan gölü yaşanır. İnanıram ki, bu müharibənin başa çatdırılması mümkündür və bu, hər kəs üçün böyük nailiyyət olacaq”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti noyabrın 25-də Floridadakı “Mar-a-Lago” iqamətgahında NATO-nun Baş katibi Mark Rutte ilə görüşdüyünü də açıqlayıb.
Onun sözlərinə görə, görüş zamanı bir sıra məsələlər müzakirə olunub və Rutteyə Putinlə apardığı danışıqların nəticələri barədə məlumat verilib.
Qeyd edək ki, Tramp və Rutte görüşdən sonra birgə bəyanat yayaraq Rusiyanı Ukraynadakı müharibənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıblar.
Tərəflər münaqişənin mümkün qədər tez sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
19:04 26.11.2026
Oxunuş sayı: 31