Maskın şirkəti beyin çipinin klinik sınaqları üçün FDA-dan təsdiq alıb
İlon Maskın neyrotexnologiya şirkəti Neuralink beyin-kompüter interfeysinin klinik sınaqlarına başlamaq üçün ABŞ-nin Qida və Dərman Administrasiyasından (FDA) təsdiq alıb.
Crossmedia.az xəbər verir ki, şirkət ABŞ-də implantasiya edilə bilən beyin-kompüter interfeysi üzrə ilk əsas klinik tədqiqat olan LINK layihəsinə başlayacaq.
Məlumata görə, klinik sınaqlarda amiotrofik lateral skleroz (ALS) xəstələri də iştirak edə biləcəklər. Beyinə yerləşdirilən çip neyronların elektrik siqnallarını qeydə alaraq kompüter, telefon və digər cihazların düşüncə gücü ilə idarə olunmasına imkan yaratmağı hədəfləyir.
Qeyd edək ki, Neuralink 2024-cü ilin martında beyin çipi implantasiya edilmiş şəxsin düşüncə vasitəsilə şahmat oynadığını açıqlamışdı.
20:46 26.11.2026
Oxunuş sayı: 37