Britaniya yüz min hərbçiyə müharibə üçün xəbərdarlıq etdi
Böyük Britaniya mümkün hərbi qarşıdurma təhlükəsi fonunda müdafiə hazırlığını gücləndirmək istiqamətində yeni addım atıb.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi ölkənin strateji ehtiyatında olan 100 min keçmiş hərbçiyə mümkün müharibəyə hazırlıq məqsədilə məktub göndərib.
“The Telegraph” qəzetinin məlumatına görə, bu, Soyuq müharibədən sonra ilk dəfə həyata keçirilir. Məktublarda keçmiş hərbçilərə könüllü şəkildə hərbi təlimlərdə və NATO-nun təlimlərində iştirak etmək imkanları təklif olunub.
Həmçinin onlardan əlaqə məlumatlarını yeniləmək, hazırda çalışdıqları sahə və malik olduqları peşə bacarıqları barədə məlumat vermək istənilib.
Böyük Britaniyanın müdafiə naziri Ves Stritinq bildirib ki, ölkənin və müttəfiqlərinin üzləşdiyi təhlükələr nəzərə alınaraq belə bir addımın atılması zəruridir. Onun sözlərinə görə, bu, müharibənin qaçılmaz olduğu anlamına gəlmir, əksinə, mümkün təhlükələrə qarşı qabaqlayıcı tədbirdir.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə hazırlığını gücləndirmək qərarı Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığı, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və NATO ölkələrinə qarşı mümkün təhdidlərin müzakirə olunduğu bir dövrə təsadüf edir.
20:23 26.11.2026
Oxunuş sayı: 46