Sakit okeanda güclü zəlzələ qeydə alınıb
Meksikanın qərb sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 15:26-da qeydə alınıb. Zəlzələnin episentri Meksikanın Kabo-San-Lukas şəhərindən 348 kilometr cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, noyabrın 21-də İndoneziyanın şərqində 7,2 maqnitudalı zəlzələ baş verib. Həmin hadisənin episentri Cənub-Qərbi Maluku dairəsindən 43 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 125 kilometr dərinlikdə qeydə alınıb.
23:33 26.11.2026
Oxunuş sayı: 50