"Beşiktaş" matçında tribunalar qarışıb: Bir nəfər xəstəxanaya aparılıb
UEFA Avropa Liqasının beşinci turu çərçivəsində keçirilən "Beşiktaş" – "Hapoel Beer-Sheva" qarşılaşmasında tribunlarda baş verən insident səbəbindən oyun dayandırılıb. Hadisə zamanı bir azarkeş xəsarət alaraq xəstəxanaya aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “SonDakika” nəşri məlumat yayıb.
Gürcüstanın Batumi şəhərində keçirilən qarşılaşmanın 25-ci dəqiqəsində Gürcüstan polisi "Beşiktaş" azarkeşlərinə müdaxilə edib. Polisin hərəkətlərinə tribunlardan reaksiya verilib və stadionda gərginlik yaranıb.
Hadisə zamanı Beşiktaşın futbolçuları azarkeşləri sakitləşdirməyə çalışıblar. Xəsarət alan bir tərəfdar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
İnsidentdən sonra qarşılaşmanın hakimi və "Hapoel Beer-Sheva" komandasının futbolçuları meydanı tərk edərək soyunub-geyinmə otağına yollanıblar.
Qeyd edək ki, təhlükəsizlik səbəbindən İstanbulda keçirilməsi nəzərdə tutulan qarşılaşma UEFA-nın qərarı ilə Gürcüstanın Batumi şəhərinə köçürülüb.
22:33 26.11.2026
Oxunuş sayı: 39