Rusiya Müdafiə Nazirliyi: Bir gündə 34 PUA vurulub
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gün ərzində ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 34 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-da saat 08:00-dan 20:00-dək (Moskva vaxtı ilə) qeydə alınan hücum cəhdləri zamanı pilotsuz aparatların bir qismi Bryansk və Belqorod vilayətləri üzərində, digərləri isə Krım, Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.
Qeyd edək ki, noyabrın 26-na keçən gecə Rusiyanın bir sıra regionları da kütləvi PUA hücumlarına məruz qalıb. Ən ciddi nəticələr Stavropol və Krasnodar diyarlarında qeydə alınıb. Hadisələr nəticəsində ümumilikdə altı nəfər xəsarət alıb və ya tibbi yardıma müraciət edib.
Bundan başqa, Başqırdıstanda pilotsuz aparatların qalıqlarının düşməsi nəticəsində sənaye zonasının ərazisində yanğın baş verib.
22:00 26.11.2026
Oxunuş sayı: 56