Rusiyanın taxıl ixracı Fransaya təzyiqi artırıb
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın kənd təsərrüfatı məhsulları ixracında mövqelərini gücləndirməsinin Fransa aqrar sektoru üçün ciddi rəqabət yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Makronun sözlərinə görə, geosiyasi gərginlik nəticəsində Fransa Rusiya, Şimali Afrika və bir sıra digər regionların bazarlarına çıxışını itirib. Həmin bazarlar vaxtilə Fransa kənd təsərrüfatı sektoru üçün mühüm əhəmiyyət daşıyıb.
Fransa lideri Rusiyanın taxıl və kənd təsərrüfatı məhsulları üzrə dünyanın aparıcı təchizatçılarından birinə çevrildiyini vurğulayıb.
O qeyd edib ki, bir neçə il əvvəl Rusiya Fransa istehsalçılarının müştərisi olduğu halda, hazırda beynəlxalq bazarlarda onlarla rəqabət aparır.
Makron Rusiyanın kənd təsərrüfatı sahəsindəki inkişafına iqlim dəyişikliklərinin də təsir etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyada ildə iki dəfə məhsul əldə etmək imkanının yaranması ölkənin ixrac potensialını artırıb.
00:01 27.11.2026
Oxunuş sayı: 19