Rusiya Zaporojyedə nəqliyyat obyektini vurduğunu açıqlayıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərində yerləşən nəqliyyat infrastrukturu obyektinə gecə saatlarında zərbə endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, noyabrın 27-nə keçən gecə pilotsuz uçuş aparatları vasitəsilə Ukraynanın nəqliyyat və hərbi sənaye infrastrukturu obyektlərinə hücumlar həyata keçirilib.
Zərbələrin hədəflərindən birinin Zaporojye şəhərindəki nəqliyyat infrastrukturu obyekti olduğu qeyd edilib.
Hücum nəticəsində yaranan dağıntılar və mümkün itkilər barədə dəqiq məlumat verilməyib.
12:12 27.11.2026
Oxunuş sayı: 54